İt uşağı çiynindən dişlədi
18 may 2022 08:50 (UTC +04:00)

İt uşağı çiynindən dişlədi

Zaqatalada 6 yaşlı uşağı it dişləyib.

Lent.az-ın xəbərinə görə, axşam saatlarında rayonun Gözbarax kənd sakini, 2016-cı il təvəllüdlü Məhəmməd Bəhruz oğlu Həsənov sol çiynin it dişləməsi xəsarəti ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub. 

6 yaşlı M. Həsənova lazımi tibbi yardım göstərilib. O, quduzluğa qarşı peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

# 1710
avatar

Oxşar yazılar