Xırdalanda maşın yandı - VİDEO
24 avqust 2026 09:43 (UTC +04:00)

Xırdalanda maşın yandı - VİDEO

0

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Lent.az-a verilən məlumata görə,  dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Hyundai” markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin mühərrik hissəsi və idarəetmə lövhəsi yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 282

Oxşar yazılar