Yuxuda nurani qoca  görmək nə mənaya gəlir?
24 avqust 2026 09:55 (UTC +04:00)

Yuxuda nurani qoca görmək nə mənaya gəlir?

0

Yuxuda nurani qoca görmək ənənəvi yuxu yozumlarında əsasən xeyirli əlamət hesab olunur. Belə yuxunun insanın həyatında müsbət dəyişikliklərin, xoş xəbərlərin və rahat bir dövrün başlanmasına işarə etdiyi bildirilir.

Lent.az xəbər verirki, yozumlara görə, üzü işıqlı, sakit və xoş görünüşlü yaşlı kişi müdriklik, doğru yol, ruzi və mənəvi rahatlığın rəmzidir. Yuxuda nurani qocanın gülümsəməsi qarşıdakı günlərdə sevindirici hadisə ilə üzləşməyə, çətinliklərin aradan qalxmasına yozulur.

Nurani qocanın yuxu görən şəxsə nəsə deməsi isə ayrıca məna daşıyır. Xüsusilə onun verdiyi məsləhət və ya söylədiyi sözlərin insanın real həyatda qarşılaşdığı seçimlərlə əlaqəli ola biləcəyinə inanılır.

Qocanın ağ geyimdə görünməsi xeyir-bərəkət, təmiz niyyət və arzuların həyata keçməsi ilə əlaqələndirilir. Onun dua etməsi və ya xeyir-dua verməsi isə uğurlu hadisələrin yaxınlaşmasının əlaməti kimi şərh olunur.

Qeyd edək ki, yuxu yozumları elmi proqnoz hesab edilmir və daha çox xalq inanclarına əsaslanır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 176

Oxşar yazılar