Keçmiş nazir evində  ölü tapıldı
24 aprel 2024 16:24 (UTC +04:00)

Keçmiş nazir evində ölü tapıldı

İdmandan məsul keçmiş dövlət naziri Mehmet Əli Yılmaz Beşiktaşdakı evində ölü tapılıb.

Lent.az Türkiyə mediasına istinadən bildirir ki, bir müddət "Trabzonspor" klubunun da prezidenti olan Yılmazın cansız cəsədini qızı İstanbulun Beşiktaşdakı evində tapıb.

1948-ci il oktyabrın 21-də anadan olan Mehmet Ali Yılmaz evil idi, 5 övladı var.

İstanbul Mühəndislik və Memarlıq Akademiyasının İnşaat fakültəsini bitirən Yılmaz Antalyada Zigana Tatil Köyü, Tek-Art Holding və Yılmaz Yayınları A.Ş.də çalışıb. O, idarə heyətinin sədri, “Trabzonspor” klubunun prezidenti, 19-cu Dövr Trabzon millət vəkili və İdmandan məsul dövlət naziri vəzifələrində çalışıb.
 

# 2634
avatar

Oxşar yazılar