Telefonun batareyasının ömrünü  3 il uzatmağın ÜSULLARI
16 sentyabr 2025 14:36 (UTC +04:00)

Telefonun batareyasının ömrünü 3 il uzatmağın ÜSULLARI

0

Litium-ion batareyalar xüsusi qulluq tələb edir və düzgün istifadə onların tutumunu və məhsuldarlığını uzun müddət qorumağa imkan verir.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, batareyanın vaxtından əvvəl köhnəlməsinin əsas səbəbi səhv doldurma vərdişləridir. Telefonu tam sıfıra qədər boşaltmaq və 100 faizə qədər doldurmaq batareyanın ömrünü xeyli qısaldır.

Daimi olaraq tam boşalma və tam dolma batareyanın kimyəvi quruluşunu zədələyir. Yüksək və çox aşağı enerji səviyyələri daxili komponentlərə əlavə gərginlik yaradır.

Batareyanın sağlamlığı üçün ideal doldurma diapazonu 20–80 faiz arasıdır. Bu rejim elektrodların və elektrolitin deqradasiyasını minimuma endirir. Telefonu 100 faizə qədər dolduqdan sonra şarjda saxlamayın – bu, batareyanın kimyəvi qocalmasını sürətləndirir. Yalnız orijinal adapter və kabellərdən istifadə edin, çünki keyfiyyətsiz aksesuarlar gərginliyi qeyri-sabit verərək batareyaya zərər verə bilər.

Telefonun tam boşalaraq sönməsinə imkan verməyin. Dərin boşalma batareyada geri dönməz kimyəvi dəyişikliklərə səbəb olur. Həmçinin, cihazı 0°C-dən aşağı və ya 35°C-dən yüksək temperaturda şarj etməkdən çəkinin, çünki bu, batareyanın deqradasiyasını sürətləndirir.

Hər 1-2 ayda bir tam dolma və boşaltma dövrünü həyata keçirmək faydalıdır – bu, batareya səviyyə göstəricisinin düzgün işləməsinə kömək edir.

Telefonunuzda optimallaşdırılmış doldurma funksiyasını aktivləşdirin – müasir süni intellekt sistemləri istifadəçi vərdişlərini öyrənərək şarj prosesini tənzimləyir. Aşağı enerji səviyyəsində enerjiyə qənaət rejimindən istifadə edin bu, batareyanın dərin boşalmasının qarşısını alır və ümumi ömrünü uzadır.

Düzgün şarj vərdişləri ilə batareya 500 dövrədən sonra belə ilkin tutumunun 80 faizini qoruya bilər. Bu isə 3 il və daha çox müddətdə sabit işləmə deməkdir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 496

Oxşar yazılar