Türkiyədə ana oğlunu öldürüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Mersin rayonunun Toroslar qəsəbəsində baş verib.
4 uşaq anası olan 27 yaşlı Revşan D. yaşadıqları evdə naməlum səbəblə 5 yaşlı oğlu Mert Veysel K.-nın boğazını kəsib. Uşaq xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Polis ananı saxlayıb və cinayət işi açılıb.