Türkiyədə kişi yaşadığı evdə yanaraq, ölüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Manisa rayonunun Yunusemre qəsəbəsində baş verib.
49 yaşlı Adem Y. sərxoş halda evə gələrək borcları olduğunu və depressiyaya düşdüyünü deyib. Bundan sonra evi yandıracağını bildirib və mənzilə benzin tökərək od vurub. Yanğın zamanı onun 47 yaşlı arvadı və iki övladı qapıdan qaçaraq çıxa biliblər. Qolundan və ayağında xəsarət alan 20 yaşlı digər oğlu isə eyvandan özünü yerə atıb.
Yanğın söndürüldükdən sonra evdən Adem Y.-nın yanmış cəsədi tapılıb.
Meyit müayinə üçün aidiyyəti şöbəyə göndərilib. Faktla bağlı cinayət işi başlanıb.