Kənddə qohumların mübahisəsində  atəş açıldı
24 noyabr 2022 19:42 (UTC +04:00)

Kənddə qohumların mübahisəsində atəş açıldı

Noyabr ayının 24- də Şəmkir rayonu, Yenihəyat kənd sakini 38 yaşlı Nurlan Məhərov şəxsi münasibətlər zəminində qohumu və həmkəndlisi, 36 yaşlı Elsevər Məsimova xuliqanlıq niyyəti ilə ov tüfəngindən atəş açsa da, sonuncu heç bir xəsarət almayıb. 

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Lent.az-a bildirib ki, 
hadisə yerindən  yayınan N. Məhərov Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri  əməliyyat-axtarış tədbirləri nəticəsində maddi sübutla birlikdə saxlanılaraq istintaqa təhvil verilib. 

Fakla bağlı rayon Polis Şöbəsində cinayət işi başlanıb araşdırmalar davam etdirilir
 

# 1737
avatar

Oxşar yazılar