Körpəni onlayn mağazada satışa qoydular - Şok OLAY
27 sentyabr 2023 11:36 (UTC +04:00)

Körpəni onlayn mağazada satışa qoydular - Şok OLAY

Novosibirskdə qadın onlayn mağaza vasitəsilə uşağı satmağa cəhd edib.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, sentyabrın 2-də “Yula” onlayn mağazasında uşaq satışı ilə bağlı elan yerləşdirilib.

Qadın Novosibirskdə oğlan körpəsini satmaq üçün fotolarla birgə elan yerləşdirib. Ancaq alıcı tapılmayıb və hüquq-mühafizə orqanlarının nümayəndələri hərəkətə keçiblər.

Hazırda polis körpənin və qadının kimliyini araşdırır.

Faktla bağlı “İnsan alveri” maddəsi ilə cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2667
avatar

Oxşar yazılar