Lənkəranda fərdi yaşayış evində yanğın baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran rayonunun Şıxakəran kəndində bir evdə qeydə alınıb.
İlkin məlumata görə kənd sakini 1962-ci il təvəllüdlü Samir Cabir oğlu Hüseynova aid sahəsi 1200 m² və 2 mərtəbə və 1 mansardan ibarət fərdi yaşayış evi əşyaları ilə birlikdə tamamilə yanıb.
Əraziyə FHN-nin yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Alovun digər tikililərə keçməsinin qarşısı alınıb.
Əldə etdiyimiz məlumata görə ev sahibləri Rusiya Federasiyasında yaşayır. Evdə yaşayış olmayıb.
Faktla bağlı araşdırma aparılır.