Lerikdə silahlı insident olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Zövnə kəndində qeydə alınıb.
Kənd sakini, 32 yaşlı Cəfər Cəfərov həmyaşıdı olan arvadı M.Əliqismət qızını güllələyib.
Saxlanılan C.Cəfərov arvadını qəsdən güllələmədiyini bildirib.
O qeyd edib ki, məqsədi arvadını qorxutmaq olub. Bu məqsədlə tüfəngdən yerə atəş açıb və nəticədə silahdan çıxan qırma arvadının kürək nahiyəsinə dəyib.
C.Cəfərovdan qanunsuz saxladığı 1 ədəd “İJ” markalı ov tüfəngi götürülüb.
Araşdırma aparılır.