Maştağada maşın qadını vurub öldürdü
21 iyun 2022 13:04 (UTC +04:00)

Maştağada maşın qadını vurub öldürdü

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində hərəkətdə olan minik avtomobili piyada 58 yaşlı Abbasova Kəmalə Məmmədağa qızını vurub. Nəticədə o, aldığı xəsarətlərdən yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.

# 2304
avatar

Mehman Nəbiyev

Oxşar yazılar