Məktəbli qızları şantaj edən  əcnəbiyə ağır cəza verildi
22 aprel 2025 13:32 (UTC +04:00)

Məktəbli qızları şantaj edən əcnəbiyə ağır cəza verildi

Rusiyanın Ryazan vilayətində məhkəmə yetkinlik yaşına çatmayanları şantaj edən əcnəbini 19 il müddətinə azadlıqdan məhrum edib.

Lent.az-ın yerli mediaya istinadla məlumatına görə, istintaq və məhkəmə müəyyən edib ki, 2022-2023-cü illərdə həmin şəxs özünü yeniyetmə kimi təqdim edərək sosial şəbəkədə məktəbli qızlara mesaj yazıb.

Uzun yazışmalardan sonra o, yetkinlik yaşına çatmayanları hədələyib ki, əgər onlar açıq-saçıq foto və ya video çəkib göndərməsələr, onların barəsində xoş olmayan məlumatları ailə üzvlərinə deyəcək.

Həmin şəxsin hərəkətləri 2023-cü ildə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dayandırılıb və o, nəzarətə götürülüb. Ümumilikdə əcnəbi 15 zərərçəkənə görə məsuliyyət daşıyır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1404

Oxşar yazılar