Arvadını 78 bıçaq zərbəsi ilə öldürdü: "Ondan qurtuldum"
25 iyun 2026 15:42 (UTC +04:00)

Arvadını 78 bıçaq zərbəsi ilə öldürdü: "Ondan qurtuldum"

0

Böyük Britaniyada 66 yaşlı Robert Alexander həyat yoldaşı Kristina Alexanderi 78 bıçaq zərbəsi ilə qətlə yetirib.

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə 2025-ci ilin iyununda Dosthill qəsəbəsində baş verib. İttihama görə, Robert Alexander 60 yaşlı həyat yoldaşını yaşadıqları evdə çoxsaylı bıçaq zərbələri ilə öldürüb. O, məhkəmədə özünü müdafiə məqsədilə hərəkət etdiyini iddia etsə də, andlılar heyəti bu arqumenti qəbul etməyib.

İstintaq materiallarına əsasən, cinayətdən sonra kişi paltarını dəyişib, zibil qablarını çölə çıxarıb və sonra təcili yardım xidmətinə zəng edib. Polisə verdiyi ilkin ifadədə isə "Ondan qurtuldum" dediyi bildirilib.

Robert Alexander polisə ifadəsində münaqişənin səbəbinin pul məsələsi olduğunu söyləyib. Onun sözlərinə görə, həyat yoldaşı mirasını necə xərcləməli olduğunu diktə edir və bu vəziyyət uzun müddətdir narazılıq yaradırdı.

Hazırda məhkəmə istintaqı davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 428

Oxşar yazılar