Meşələri qıranlara cinayət işi açıldı
17 avqust 2021 17:30 (UTC +04:00)

Meşələri qıranlara cinayət işi açıldı

Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Gürdəsər, Lerik və Razvandoband meşəbəyliklərinin ərazilərində ağacların qanunsuz kəsilməsi barədə Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzindən daxil olmuş material əsasında Lerik rayon prokurorluğunda araşdırma aparılıb.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, araşdırmalarla Gürdəsər meşəbəyliyinin 23 saylı meşə dolayısında 54 ədəd 10 min manat dəyərində, Lerik meşəbəyliyinin 14 saylı meşə dolayısında 21 ədəd 6 min manat dəyərində, Razvandoband meşəbəyliyinin 22 saylı meşə dolayısında isə 17 ədəd 17 min manat dəyərində müxtəlif cins və diametrdə olan ağacların qanunsuz kəsilərək meşə sahəsindən aparılması aşkar olunub.

Faktla bağlı Lerik rayon prokurorluğunda Cinayət Məcəlləsinin 259.1 (meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi xeyli miqdarda ziyan vurduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Lerik rayon polis şöbəsinin istintaq qrupuna tapşırılıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

# 1692
avatar

Mehman Nəbiyev

Oxşar yazılar