Mübariz İbrahimovun atası dəfn edildi  - YENİLƏNİB
16 oktyabr 2024 15:05 (UTC +04:00)

Mübariz İbrahimovun atası dəfn edildi - YENİLƏNİB

Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov dəfn edilib.

Lent.az APA-ya istinadla xəbər verir ki, o, Biləsuvar rayonunun Əliabad kəndində torpağa tapşırılıb.

***
14:04

TƏBİB Ağakərim İbrahimovun ölümü ilə bağlı məlumat yayıb. 

Qurumdan Lent.az-a verilən məlumata görə, saat 09:00 radələrində Ağakərim İbrahimov ağır vəziyyətdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına təcili tibbi yardım vasitəsilə hospitalizasiya olunub.

Ona dəqiqləşdirilməmiş hipotenziya, miokard infarktı, kardiogen şok diaqnozu təyin edilib. Dərhal bütün zəruri reanimasiyon tədbirlər həyata keçirilib.

Göstərilən bütün tibbi yardımlara və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 11:35-də ölüm faktı qeydə alınıb.

***

saat 12:04

Milli Qəhrəman Mübariz İbrahimovun atası vəfat edib.

Lent.az xəbər verir ki, Ağakərim İbrahimov bu gün infarkt keçirib və Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin gördükləri tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd olunur ki, mərhum bir neçə il əvvəl ürək əməliyyatı keçirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12552

Oxşar yazılar