Abramoviç futboldan uzaqlaşdı:  “Bu həyatda klub sahibliyim  bitdi”
12 iyun 2025 19:46 (UTC +04:00)

Abramoviç futboldan uzaqlaşdı: “Bu həyatda klub sahibliyim bitdi”

"Çelsi"nin keçmiş sahibi Roman Abramoviç, peşəkar futbolla bütün əlaqələrini kəsdiyini açıqlayıb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, İngiltərə hökuməti isə "Çelsi"nin satışından əldə edilən 2,5 milyard funt-sterlinqin Ukraynaya köçürülməsi üçün təzyiqləri artırıb.

Rusiyalı milyarder Roman Abramoviç peşəkar futbolla bağlı bütün rollarından getdiyini və bir daha heç vaxt klubda rol almayacağını açıqlayıb.

Abramoviçin açıqlamaları görə, “Sanksiya: “Çelsi” futbol klubunun satışının daxili hekayəsi” adlı kitabının bir fəslində yer alıb.

Abramoviç kitabın müəllifi Nik Pyuruala deyib: "Mən bu həyatımda bu fəsli bağladım, istər klub mülkiyyəti, istərsə də hər hansı bir peşəkar rol".

Abramoviç hələ də gələcəkdə “Çelsi”oyununa getmək və "uyğun bir vida" demək istədiyini söyləyib.


2022-ci ildə Ukraynada müharibənin şiddətlənməsindən sonra Böyük Britaniya hökuməti Abramoviçə Kremllə sıx əlaqələrə görə ona qarşı sanksiyalar tətbiq edib.

Bu proses zamanı “Çelsi” futbol klubunun satışı təsdiqlənib və klub 2,5 milyard funt-sterlinq qarşılığında ABŞ-ın konsorsiumuna verilib.

Lakin satışdan əldə olunan vəsait Abramoviçin razılığı olmadan istifadə edilə bilməz. Pul hələ də İngiltərədəki hesabda dondurulub.

Böyük Britaniyanın maliyyə naziri Reyçel Riva və xarici işlər naziri Devid Lemmi keçən həftə Abramoviçə çağırış edərək birgə bəyanat yayıblar.

Bəyanatda deyilir ki, “Çelsi”nin satışından əldə olunan gəlir Ukraynaya humanitar yardım üçün istifadə edilməlidir. Hökumət bəyan edib ki, Abramoviç razılıq verməsə, hüquqi tədbirlərə əl atacaqlar.

Abramoviç isə iddia edir ki, satışdan əldə olunan vəsait təkcə Ukraynaya deyil, müharibənin qurbanı olan bütün insanlara (həm Ukrayna, həm də Rusiya tərəfindəki mülki şəxslər) kömək etmək üçün istifadə edilməlidir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 770

Oxşar yazılar