Narkotik çəkən sürücü polisə tabe olmadı - TƏHLÜKƏLİ ANLAR  - VİDEO
05 may 2022 16:03 (UTC +04:00)

Narkotik çəkən sürücü polisə tabe olmadı - TƏHLÜKƏLİ ANLAR - VİDEO

Sumqayıt şəhərində narkotik vasitənin təsiri altında avtomobil idarə edən və yol polisinin qanuni saxlama əmrinə tabe olmayan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Tural Hüseynov şəhər ərazisində idarə etdiyi avtomobillə ardıcıl olaraq kobud qayda pozuntuları etdiyi üçün Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları ona saxla işarəsi verib. Amma sürücü onlardan qaçmağa çalışıb.

Yol polisləri tərəfindən görülən tədbirlər nəticəsində Tural Hüseynovun saxlanılması təmin edilib. Sürücü daha sonra Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən tibbi müayinəyə cəlb edilib və onun sükan arxasında narkotik vasitələrin təsiri altında olduğu müəyyən edilib.

Tural Hüseynov barəsində toplanan material məhkəməyə göndərilib və o, məhkəmənin qərarı ilə sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 15 gün inzibati qaydada həbs edilib.

Sumqayıtda narkotikin təsirində polisə tabe olmayan sürücü həbs olundu

# 2097
avatar

Mehman Nəbiyev

Oxşar yazılar