Narkotik satan müstəntiq   saxlanıldı
30 dekabr 2025 12:58 (UTC +04:00)

Narkotik satan müstəntiq saxlanıldı

0

Rusiyanın Kemerovo şəhərində Leninski rayon İstintaq Komitəsinin əməkdaşı iri həcmdə sintetik narkotik maddələrin saxlanılması və satışı ittihamı ilə saxlanılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, müstəntiq Vyaçeslav Antonov 2025-ci il ərzində Miçurinski alleyalarında yerləşən mənzilində 1,2 kiloqram metamfetamin saxlayıb və hissə-hissə satıb.

Payız aylarında alıcılardan biri istintaqçı barədə Federal Təhlükəsizlik Xidmətinə məlumat verib. Nəzarətli alış əməliyyatı istintaqçının narkotik dövriyyəsində iştirakını təsdiqləyib. Mənzildə axtarış aparılıb, kişi saxlanılıb və onu 20 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 420

Oxşar yazılar