Naxçıvanda 27 yaşlı qız qəzada...
18 mart 2023 22:59 (UTC +04:00)

Naxçıvanda 27 yaşlı qız qəzada...

Naxçıvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol qəzası qeydə alınıb.

Lent.az xəbər verir ki, şəhərin Əziz Əliyev prospektində avtomobil, yolu keçən qızı vurub.

Xəsarət alan 1996-cı il təvəllüdlü Naxçıvan şəhər sakini Fidan Cəfərli Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasının Travmatalogiya şöbəsinə yerləşdirilib, vəziyyəti sabitdir.

Faktla bağlı araşdırma aparılır.

# 1755
avatar

Oxşar yazılar