Nə vaxt evdən çıxırdısa, əri döyürdü... - 8 illik evliliyin FACİƏLİ SONLUĞU
02 avqust 2022 19:17 (UTC +04:00)

Nə vaxt evdən çıxırdısa, əri döyürdü... - 8 illik evliliyin FACİƏLİ SONLUĞU

İranın Gülüstan əyalətinin Qonbəd-e Kavus şəhərində yaşayan 1995-ci il təvəllüdlü gənc qadın əri tərəfindən namus üstündə öldürülüb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Anita Xerədmənd adlı xanım 5 yaşlı uşaq anasıdır və o, bir ay öncə ailədaxili şiddət səbəbilə atasının evinə qayıdıb.

Anitanın yaxınlarından biri bildirib ki, o, 8 il öncə evlilik həyatı qurub və həyat yoldaşı çox qısqanc olub. Nə vaxt evdən bayıra çıxsa, əri tərəfindən döyülərək cəzalandırılıb. O, hər dəfə yoldaşı ilə münaqişə etdikdə atasının evinə getsə də, həyat yoldaşı onu aldadaraq təkrar evə gətirməyi bacarıb.

Son olaraq, cütlük arasında münaqişədən sonra Anita yenidən atasının evinə gedib, lakin qatil həyat yoldaşı onu evə gətirib, daha sonra qardaşı və iki dostunun köməyi ilə əvvəlcə Anitanı vəhşicəsinə döyüb, sonra isə güllələyərək öldürüb. Qatil ər və ona yardım edən digər iki nəfərin artıq həbs edildiyi bildirilib.

# 3009
avatar

Fidan İlqar

Oxşar yazılar