Oğru dəstə tutuldu: Nələr üzə çıxdı... - FOTO
13 avqust 2022 09:23 (UTC +04:00)

Oğru dəstə tutuldu: Nələr üzə çıxdı... - FOTO

Şirvan Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində qabaqcadan əlbir olaraq şəhər ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən 10000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayaraq zərərçəkmişə maddi ziyan vuran üç nəfərdən ibarət oğru dəstə saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, araşdırmalarla onların şəhər sakinləri Zahid İsmayılov, Pərviz Dəmirov və Murad Nəzirov olduqları müəyyən edilib.

Dindirilmə zamanı həmin şəxslər törətdikləri cinayət əməlini etiraf edərək, evdən oğurladıqları qızıl-zinət əşyalarını Bakı şəhərində dəyərindən ucuz qiymətə satdıqlarını bildiriblər. Satışdan əldə olunan pullar isə dəstə üzvləri arasında bölünüb.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbiri nəticəsində isə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Xeyrulla Babayev saxlanılıb.

Onun yaşadığı ünvana keçirilən baxış zamanı külli miqdarda heroin və metamfetamin, eləcə də bir ədəd elektron tərəzi aşkarlanaraq götürülüb. Dindirilmə zamanı həmin şəxs narkotik vasitələrin ona məxsus olduğu etiraf edib.

Faktlarla bağlı Şirvan ŞPŞ-də cinayət işləri açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

# 2712
avatar

Oxşar yazılar

Bakıda DƏHŞƏT:  Ər arvadını boğub öldürdü

Bakıda DƏHŞƏT: Ər arvadını boğub öldürdü

5 may 2024 , 16:28
Tibb bacısı  qocalar evində   17 yaşlı insanı öldürüb

Tibb bacısı qocalar evində 17 yaşlı insanı öldürüb

5 may 2024 , 13:56
Bakıda ər həkim xanımını bıçaqladı -YENİLƏNİB

Bakıda ər həkim xanımını bıçaqladı -YENİLƏNİB

5 may 2024 , 11:20
Bakıda yanğın:  1 nəfərin meyiti tapıldı

Bakıda yanğın: 1 nəfərin meyiti tapıldı

5 may 2024 , 09:21
Bakıda qəza törədən şəxslər jurnalistlərə HÜCÜM ÇƏKDİ  -VİDEO

Bakıda qəza törədən şəxslər jurnalistlərə HÜCÜM ÇƏKDİ -VİDEO

5 may 2024 , 03:19
Bakıda "BMW" ilə "Khazar" toqquşdu

Bakıda "BMW" ilə "Khazar" toqquşdu

5 may 2024 , 01:44
Azərbaycanda  tələbə   vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

4 may 2024 , 19:07
Astarada velosipedçi çaya düşüb öldü

Astarada velosipedçi çaya düşüb öldü

4 may 2024 , 18:51