Piyadanı öldürüb  QAÇDI
23 oktyabr 2021 12:35 (UTC +04:00)

Piyadanı öldürüb QAÇDI

Şirvanda avtomobil piyadanı vuraraq öldürüb.

Lent.az-ın APA-ya istinadla verdiyi məlumata görə, hadisə Şirvan şəhəri Heydər Əliyev prospektində qeydə alınıb.

"QAZ 31" markalı avtomobil yolu keçən Sabirabadda məskunlaşmış Zəngilan sakini, 1949-cu il təvəllüdlü Həsənov Muradəli Misirxan oğlunu vuraraq öldürüb. Sürücünün kimliyi araşdırılır.

Faktla bağlı araşdırma aparılır.

# 1344
avatar

Oxşar yazılar