Piyadanı vuran sürücü dərhal təcili yardım çağırdı-FOTO
23 yanvar 2023 07:22 (UTC +04:00)

Piyadanı vuran sürücü dərhal təcili yardım çağırdı-FOTO

Bakının Binəqədi rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, qəza Biləcəri qəsəbəsində qeydə alınıb.

Rəşid İsmayılov 17 ünvanında yolun piyadalar üçün müəyyən edilməyən hissəsindən əks tərəfə keçmək istəyən 45 yaşlı Xəyyam Ələsgərovu 02-BL-612 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil vurub. Hadisəni törədən sürücü Əsədov Ədalət Maqsud oğlu dərhal təcili tibbi yarsım briqadasına müraciət edib. Yaralı açıq kəllə beyin travması və sağ ayaq sümüyünün sınığı diaqnozları ilə Kliniki Tibbi Mərkəzə aparılıb. Onun vəziyyəti ağır qiymətləndirilir.

Sürücünün izahatını Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları alıb.  
 

# 1653
avatar

Oxşar yazılar