Polis yapon turistlərə qarşı qeyri-etik hərəkət edən şəxsi  cəzalandırdı - VİDEO
31 may 2026 22:52 (UTC +04:00)

Polis yapon turistlərə qarşı qeyri-etik hərəkət edən şəxsi cəzalandırdı - VİDEO

0

Hacıqabul rayonunda polis yapon turistlərə qarşı qeyri-etik hərəkət edən şəxsə qarşı inzibati tədbir görüb.

Lent.az xəbər verir ki, mayın 27-də velosipedlə səyahət edən yapon turistlər Hacıqabul rayonu ərazisindən keçərkən onlardan birinə (qadın turistə) qarşı 66 yaşlı şəxs tərəfindən nalayiq hərəkət edilib.

Turistlərin Hacıqabul polisinə müraciəti əsasında polis əməkdaşları hadisə yerinə yaxınlaşıblar.

Onların iştirakı ilə araşdırma aparılıb, 66 yaşlı təqsirkar şəxs barəsində inzibati məsuliyyət tədbirləri görülüb.

Turistlərin əlavə hər hansı şikayəti olmayıb və onlar müraciətlərinə operativ reaksiya göstərildiyinə görə polis əməkdaşlarına təşəkkür edərək məmnunluqlarını ifadə ediblər.

 

Əlibəy Zeynallı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 814

Oxşar yazılar