Qatil qeyri-adi şəkildə  həbsxanadan   qaçdı
28 mart 2024 19:38 (UTC +04:00)

Qatil qeyri-adi şəkildə həbsxanadan qaçdı

Venesueladan olan təhlükəli cinayətkar bu yaxınlarda özünü qadına çevirərək və sadəcə görüş saatının sonunda çölə çıxaraq həbsxanadan qaçmağı bacarıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, qətl və quldurluqda təqsirli bilinən 25 yaşlı məhbus Manuel Lorenso Avila Alvarado sevgilisi ilə görüşdükdən sonra Venesuelanın Karabobo əyalətinin Tokuito şəhərindəki El Libertador həbsxanasından qaçıb.

Yerli qəzetin məlumatına görə, insident yerli vaxtla saat 14 radələrində, ziyarət saatının sonunda baş verib. Tünd dəri rənginə baxmayaraq, Alvarado özünü sarışın qadın kimi təqdim edərək və çox güman ki, sevgilisi tərəfindən gətirilən parik və qadın paltarı geyinərək bir neçə həbsxana nəzarətçisini aldada bilib.

Həbsxananın müşahidə kameraları qadın paltarı geyinmiş bir məhbusun bir qrup əsl qadınla qarışaraq yüksək mühafizə olunan müəssisədən sakitcə çıxdığı anları lentə alıb. Sual yaranıb ki, mühafizəçilər necə belə asanlıqla aldadılıblar, məhz bu səbəbdən onlardan dördü bu hadisə ilə bağlı istintaqa cəlb olunub.

Avila bu yaxınlarda başqa dövlət islah müəssisəsindən Tokuito həbsxanasına köçürülüb, lakin ola bilsin ki, cinayətin ortağı kimi axtarışda olan sevgilisinin köməyi ilə qaça bilib.

# 3180
avatar

Oxşar yazılar

Bakıda bu yolda sürət endirildi

Bakıda bu yolda sürət endirildi

3 may 2024 , 23:15
Polis kapitanı faciəvi   şəkildə öldü

Polis kapitanı faciəvi şəkildə öldü

3 may 2024 , 18:48
Bakı həbsxanasında ÖLÜM

Bakı həbsxanasında ÖLÜM

3 may 2024 , 17:31
İtkin düşən hamilə qadının meyiti tapıldı

İtkin düşən hamilə qadının meyiti tapıldı

3 may 2024 , 16:47
Bakıda kişi sevgilisinə görə özünə OD VURDU  - VİDEO  - YENİLƏNİB

Bakıda kişi sevgilisinə görə özünə OD VURDU - VİDEO - YENİLƏNİB

3 may 2024 , 16:37
Kəlbəcərdə hərbçilərimiz QƏZAYA DÜŞDÜ:  1 ölü, 4 yaralı

Kəlbəcərdə hərbçilərimiz QƏZAYA DÜŞDÜ: 1 ölü, 4 yaralı

3 may 2024 , 16:27
Azərbaycanın güneyində DƏHŞƏTLİ QƏZA:  7 nəfər öldü

Azərbaycanın güneyində DƏHŞƏTLİ QƏZA: 7 nəfər öldü

3 may 2024 , 15:24
Sürücü yol polisinə bıçaq çəkdi

Sürücü yol polisinə bıçaq çəkdi

3 may 2024 , 15:19