Qətl törətməyə cəhd edən şəxs saxlanıldı
10 may 2021 14:27 (UTC +04:00)

Qətl törətməyə cəhd edən şəxs saxlanıldı

Şəmkir Rayon Polis Şöbəsinə mayın 9-da Çinarlı qəsəbəsi ərazisində rayon sakini R.Mehdixanovun münaqişə zəminində tüfəngdən açdığı atəşlə dayısı oğlu M.Rüstəmovun ayaq və B.Hüseynovun əl nahiyələrinə xəsarət yetirməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, M.Rüstəmov və B.Hüseynov xəstəxanaya yerləşdiriliblər.

# 1392
avatar

Oxşar yazılar