Türkiyəyə məxsus hərbi yük təyyarəsinin Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğraması ilə bağlı istintaq başlayıb.
Lent.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin açıqlamasında təyyarədə 20 personalın olduğu qeyd olunub.
Ölkənin daxili işlər naziri Ali Yerlikaya isə gürcüstanlı həmkarı ilə əlaqə saxladığını, birlikdə hadisə yerində axtarış və araşdırma aparıldığını bildirib.
Xatırladaq ki, bu gün günorta saatlarında Gəncədən havaya qalxan Türkiyəyə məxsus hərbi yük təyyarəsi Gürcüstan-Azərbaycan dövlət sərhədi yaxınlığında naməlum səbəbdən qəzaya uğrayıb. Ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.

