Azərbaycanlıların olduğu gəmi batdı, ölən var
23 oktyabr 2026 14:29 (UTC +04:00)

Azərbaycanlıların olduğu gəmi batdı, ölən var

0

Qara dənizdə göyərtəsində azərbaycanlıların olduğu gəmi PUA hücumuna məruz qalıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, hadisə Rumıniyanın Qara dəniz sahilində yerləşən Konstansa limanından təxminən 13 dəniz mili (24 kilometr) aralıda baş verib.

Komor adaları bayrağı altında üzən “Khoryv” ticarət gəmisində hücumdan sonra yanğın baş verib və gəmi batıb. Hadisə nəticəsində bir dənizçi həlak olub, üç nəfər itkin düşüb, doqquz nəfər isə xilas edilib.

Rumıniyanın dənizçilik qurumlarının məlumatına görə, gəminin göyərtəsində ümumilikdə 13 nəfər olub. Onlardan 10-u Ukrayna, üçü isə Azərbaycan vətəndaşıdır.

Dəniz Koordinasiya Mərkəzi saat 10 radələrində gəmidən SOS siqnalı alıb. Bundan sonra Rumıniya hakimiyyəti dərhal axtarış-xilasetmə əməliyyatına başlayıb.

Əməliyyata Rumıniya Dəniz Administrasiyası rəhbərlik edir. Axtarışlara Sahil Mühafizəsi və Dənizdə İnsan Həyatının Xilas Edilməsi Agentliyinin əməkdaşları da cəlb olunublar.

İtkin düşən üç dənizçinin axtarışı üçün hadisə yerinə xilasetmə gəmiləri göndərilib.

Rumıniya hakimiyyəti əməliyyata “Black Hawk” helikopterinin də cəlb edilməsini istəyib. Lakin Konstansa yaxınlığında güclü yağış və əlverişsiz hava şəraiti helikopterin hadisə yerinə çatmasına mane olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 270

Oxşar yazılar