Dalaşan qadınları ayırmaq istədi, klinik ölüm  keçirdi
23 oktyabr 2026 14:41 (UTC +04:00)

Dalaşan qadınları ayırmaq istədi, klinik ölüm keçirdi

0

Rusiyanın paytaxtı Moskvada iki qadının davasına müdaxilə edən 63 yaşlı kişi klinik ölüm keçirib.

Lent.az xəbər verir ki, küçədə iki qadın arasında yaranan mübahisə əlbəyaxa davaya çevrilib. Həmin vaxt oradan keçən 63 yaşlı kişi qadınları ayırmağa çalışıb.

Lakin qadınlardan biri kişinin üzünə zərbə endirib. Zərbədən yerə yıxılan kişi huşunu itirib və klinik ölüm vəziyyətinə düşüb.

Zərərçəkən xəstəxanaya yerləşdirilib.

Hadisə ilə əlaqədar davada iştirak edən qadınlardan biri saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 328

Oxşar yazılar