Qonşusu tərəfindən döyülən şəxs xəstəxanalıq oldu
20 mart 2026 22:27 (UTC +04:00)

Qonşusu tərəfindən döyülən şəxs xəstəxanalıq oldu

0

Goranboyda bir nəfərin döyülməsi nəticələnən insident yaşanıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində baş verib.

Belə ki, rayon sakini 1994-cü il təvəllüdlü Ə. Əliyev döyülmə diaqnozu ilə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yeləşdirilib.

Dərhal ona yardım edilib. 32 yaşlı kişinin vəziyyətinin ağır olduğu və süni nəfəs aparatına qoşulduğu bildirilir.

Məlumata görə Ə. Əliyev qonşu tərəfindən döyülüb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 374

Oxşar yazılar