İsmayıllıda ağır qəza : 35 yaşlı sürücü öldü
20 mart 2026 02:15 (UTC +04:00)

İsmayıllıda ağır qəza: 35 yaşlı sürücü öldü

0

İsmayıllı rayonunda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə martın 19-da saat 23 radələrində rayon ərazisində qeydə alınıb.

Məlumata görə, “VAZ-21099” və “Hyundai” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində “VAZ” markalı avtomobilin sürücüsü, 35 yaşlı Ayaz Mirzəyev aldığı xəsarətlərdən vəfat edib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 206

Oxşar yazılar