Bayramda yanğın faciəsi:  5-i uşaq olmaqla 6 nəfər öldü -FOTOLENT
20 mart 2026 15:42 (UTC +04:00)

Bayramda yanğın faciəsi: 5-i uşaq olmaqla 6 nəfər öldü -FOTOLENT

0

Türkiyə bayram səhərinə acı xəbərlə oyandı.

NTV Türkiyəönin verdiyi məlumata görə, Antalyanın Kepez rayonunda gecə saatlarında fabrikdə yanğın baş verib. Yanğın nəticəsində 5-i uşaq olmaqla 6 xarici vətəndaş həyatını itirib. Həlak olan ana Leyla Elali Əhmədin 7 aylıq hamilə olduğu da məlum olub.

Qazilər məhəlləsində istixana işçilərinin qaldığı konteynerdə hələlik müəyyən edilməyən səbəbdən yanğın baş verib. Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə polis, yanğınsöndürmə və təcili tibbi yardım briqadaları cəlb olunub.

Yanğın müvafiq qurumların müdaxiləsi nəticəsində söndürülüb. Hadisə yerində aparılan araşdırma zamanı ana Leyla Elali Əhməd və onun uşaqları — 9 yaşlı Muna Əhməd, 7 yaşlı Həyat Əhməd, 5 yaşlı İman Əhməd, 8 yaşlı Fatma Əhməd və 4 yaşlı Mahmud Əhmədin həyatını itirdiyi müəyyən edilib.

Tüstüdən zəhərlənən Şevvah Əhməd (29), Mahmud Əhməd (53), 2 yaşlı Əhməd Əhməd, adı açıqlanmayan bir nəfər və obyekt sahibi Rahman Gənc (51) xəstəxanaya yerləşdirilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 319

Oxşar yazılar