Rayon sakinindən külli miqdarda saxta pul götürüldü
11 avqust 2021 13:33 (UTC +04:00)

Rayon sakinindən külli miqdarda saxta pul götürüldü

Ağcabədi sakinindən saxta pullar götürülüb.

Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla bildirir ki, avqustun 10-da bir nəfər İmişli rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək avqustun 3-də Otuziki kəndi ərazisində yerləşən bazarda naməlum şəxsin ona 200 manat saxta pul verməsini bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Ağcabədi rayon sakini H.Əsgərov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 18 ədəd 100 manatlıq və 2 ədəd 200 manatlıq saxta pul əskinası aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 204.1-ci (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə  cinayət işi başlanıb.

# 1818
avatar

Mehman Nəbiyev

Oxşar yazılar