Rusiyada küçədə namaz  qılan cərimələndi
28 may 2026 11:19 (UTC +04:00)

Rusiyada küçədə namaz qılan cərimələndi

0

Rusiyanın Vladivostok şəhərində əcnəbi şəxs ictimai yerdə namaz qıldığına görə cərimələnib.

Lent.az yerli mediaya istinadla bildirir ki, kişi Karbışev küçəsində müşahidə olunub. 30 yaşlı miqrant uşaq meydançasında namaz qılıb. Yerli sakinlərin lentə aldığı görüntülərdə kişinin yelləncəklərin yaxınlığında səcdəyə getdiyi görünür.

Bildirilir ki, hadisə bəzi sakinlər arasında narahatlıq yaradıb. Bundan sonra həmin şəxs saxlanılıb. Hüquq-mühafizə orqanları ilə söhbət zamanı əcnəbi bir daha belə etməyəcəyini bildirib.

Məhkəmənin məlumatında qeyd olunub ki, iclasda şəxs ona aid edilən inzibati xətanı etiraf edib və əməlindən peşman olduğunu bildirib.

Nəticədə miqrant 35 min rubl (təxminən 832 manat) məbləğində cərimə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 186

Oxşar yazılar