Salyan sakini dəm qazından boğularaq ölüb.
Lent.az APA-ya istinadla bildirir ki, hadisə Pambıqkənd kəndində qeydə alınıb.
Kənd sakini, 41 yaşlı Paşayev Ramin Vaqif oğlu hamam otağında dəm qazından boğularaq ölüb. Meyit müayinə olunmaq üçün Şirvan morquna yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.