Şəkidə "KamAZ" piyadanı öldürüb  traktora çırpıldı
15 fevral 2025 19:31 (UTC +04:00)

Şəkidə "KamAZ" piyadanı öldürüb traktora çırpıldı

Şəkidə "KamAZ" piyadanı vurub.

Lent.az xəbər verir ki, hadisə bu gün saat 17 radələrində Aşağı Göynük kəndi ərazisində baş verib. Balakən rayon sakini 35 yaşlı Muradov Oruc Qurban oğlunun idarə etdiyi “KamAZ” markalı avtomobil əvvəlcə yolun kənarındakı piyada Şəki rayonu Köndələn kənd sakini 69 yaşlı Mustafayev Yusif Cabbar oğlunu vurub, daha sonra isə traktora çırpılıb.

Nəticədə piyada aldığı xəsarətlərdən ölüb, “KamAZ”ın və traktorun sürücüsü Baş Göynük kənd sakini 30 yaşlı Abdullayev Seymur Nazim oğlu isə xəsarət alıblar.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, ölümlə və xəsarətlərlə nəticələnən yol nəqliyyat hadisəsi ilə bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət  işi başlanılıb, istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2000

Oxşar yazılar

Gəncədə 31 yaşlı kişini küçədə bıçaqladılar

Gəncədə 31 yaşlı kişini küçədə bıçaqladılar

22 mart 2025 , 04:20
Lənkəranda hosteldə meyit tapıldı

Lənkəranda hosteldə meyit tapıldı

21 mart 2025 , 19:44
Gözətçinin meyiti məktəbdə tapıldı

Gözətçinin meyiti məktəbdə tapıldı

21 mart 2025 , 19:18
Evdə qaz balonu partladı-Xəsarət alanlar var

Evdə qaz balonu partladı-Xəsarət alanlar var

21 mart 2025 , 19:02
Bakıda diqqətsizlik piyadanın ölümünə səbəb oldu-VİDEO

Bakıda diqqətsizlik piyadanın ölümünə səbəb oldu-VİDEO

21 mart 2025 , 18:34
Gədəbəydə qar uçqununa düşən iki əsgərin meyitləri tapıldı

Gədəbəydə qar uçqununa düşən iki əsgərin meyitləri tapıldı

21 mart 2025 , 17:53
Bakıda bayram günü zəncirvarı qəza

Bakıda bayram günü zəncirvarı qəza

21 mart 2025 , 17:35
Bilmədən sirkə turşusu içdi, öldü

Bilmədən sirkə turşusu içdi, öldü

21 mart 2025 , 16:18