"Shacman" minik maşını ilə toqquşdu, ölən var
13 avqust 2021 13:37 (UTC +04:00)

"Shacman" minik maşını ilə toqquşdu, ölən var

Qubada ölümlə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, hadisə avqustun 11-də saat 21 radələrində Quba rayonunun Günəşli kəndi ərazisində baş verib. 1-ci Nügədi kənd sakini Əmrulla Əfəndiyevin idarə etdiyi “VAZ-21214” markalı və İmişli rayon sakini Q.Səmədovun idarə etdiyi “Shacman” markalı avtomobillər toqquşub. Nəticədə Ə.Əfəndiyev aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilmiş və orada ölüb.

Faktla əlaqədar Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır. 

# 1587
avatar

Mehman Nəbiyev

Oxşar yazılar