Şirvanda ağır qəza, bir ailənin 4 üzvü...
02 may 2025 23:44 (UTC +04:00)

Şirvanda ağır qəza, bir ailənin 4 üzvü...

Şirvanda baş verən qəzada bir ailənin 4 üzvü xəsarət alıb.

Lent.az-ın məlumatına görə, hadisə Şirvan şəhəri H.Əliyev prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Tayota Prius” markalı avtomobil “Opel” markalı avtomobillə toqquşub.

Nəticədə “Opel” markalı avtomobildə olan bir ailənin 5 üzvündən 4-ü-Neftçala sakini, 37 yaşlı Bəşirli Əli Sədaqət oğlu, Abşeron rayon sakini, 30 yaşlı Bəşirli Leyla İlqar qızı, Bakı şəhər sakini, 28 yaşlı Bəşirova Ayşən İlqar qızı, Şirvan şəhər sakini və 7 yaşlı  Bəşirli Gülay Əli qızı yüngül xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirlib.

Onlar ambulator yardım alandan sonra evə buraxılacaq.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1680

Oxşar yazılar