Şəhid Ruhid İslamlı haqqında film çəkilir
19 iyun 2026 14:14 (UTC +04:00)

Şəhid Ruhid İslamlı haqqında film çəkilir

0

Şəhid Ruhid Uğur oğlu İslamlının həyat və qəhrəmanlıq yolundan bəhs edən bədii filmin çəkilişlərinə başlanılıb.

Lent.az xəbər verir ki, film NN.FILM.AZ tərəfindən istehsal olunur.

Layihənin rejissoru Natiq Novruzovdur.

Ekran əsərində Ruhid İslamlının vətəninə, millətinə və dövlətinə sonsuz sədaqətlə bağlı olan bir gənc kimi formalaşması, psixoloq kimi fəaliyyəti, eləcə də 44 günlük Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlıqlar öz əksini tapacaq.

Filmdə onun döyüş meydanında nümayiş etdirdiyi igidlik, silahdaşlarına verdiyi mənəvi dəstək, döyüş yoldaşlarının həyatını xilas etmək üçün göstərdiyi fədakarlıq və qəhrəmanlığı sayəsində çoxsaylı əsgərlərimizin sağ qalması xüsusi olaraq işıqlandırılacaq.

Prezident İlham Əliyevin Sərəncamlarına əsasən, şəhid Ruhid Uğur oğlu İslamlı ölümündən sonra "III dərəcəli Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" Şücaətə görə medalları ilə təltif edilib.

Şəhid Ruhid İslamlının həyat hekayəsini və qəhrəmanlıq salnaməsini əks etdirən bu ekran əsəri yalnız Azərbaycanda deyil, qardaş Türk dilli dövlətlərdə də yayımlanacaq və geniş tamaşaçı auditoriyasına təqdim olunacaq.

Filmin əsas məqsədi Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsini yaşatmaq, onların şərəfli həyat yolunu gələcək nəsillərə çatdırmaq, gənclərdə vətənpərvərlik ruhunu daha da gücləndirməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 514

Oxşar yazılar