Şollarda asılmış kişi meyiti  tapıldı - MÜƏMMALI İNTİHAR
05 may 2025 19:33 (UTC +04:00)

Şollarda asılmış kişi meyiti tapıldı - MÜƏMMALI İNTİHAR

Xaçmazda intihar hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə Xaçmaz rayonu, Xudat şəhəri, Şollar qəsəbəsində qeydə alınıb. 

Orada yaşayan, 73 yaşlı Bayramov Şamil Sultan oğlunun meyiti yaşadığı evin yaxınlığında olan köməkçi tikilidə asılmış vəziyyətdə aşkar edilib.

İntiharın səbəbləri məlum deyil.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 532

Oxşar yazılar