Sumqayıtda bıçaqla uşaqlara hücum etdiyi deyilən kişi ilə bağlı tədbir görülüb.
Lent.az-ın əldə etdiyi xəbərə görə, daxil olan məlumat əsasında 88 yaşlı şəxs müəyyən olunub. Onunla bağlı polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.
***
12:01
Sumqayıtda bir kişinin əlində bıçaqla uşaqlara hücum etdiyi bildirilir.
Lent.az xəbər verir ki, bu barədə şəhər sakini sosial şəbəkədə məlumat yayıb.
Onun sözlərinə görə, yaşadığı 41-ci məhəllənin Şahhuseyn Qəmbərov adlı sakini həyətdə oynayan uşaqlara bıçaqla hücum edir. Hətta 2024-cü ildə qonşunun azyaşlı uşağına bıçaqla xəsarət də yetirib. Paylaşımı edən şəxs bildirib ki, Şahhuseyn Qəmbərov tək yaşayır.
DİN-in mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli məsələ ilə bağlı Lent.az-a bildirib ki, araşdırma aparılır.