Sumqayıtda evdə PARTLAYIŞ: Ərlə arvad... -  YENİLƏNİB -VİDEO
29 sentyabr 2023 23:07 (UTC +04:00)

Sumqayıtda evdə PARTLAYIŞ: Ərlə arvad... - YENİLƏNİB-VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub. 

Lent.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. 

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 47m² olan ikiotaqlı mənzildə, ilkin ehtimala görə, təmir işləri aparılan zaman təhlükəsizlik qaydalarının pozulması nəticəsində partlayışın baş verdiyi müəyyən olunub. 

Hadisə nəticəsində mənzilin bir otağının döşəməsi qismən yanıb, partlayış dalğasının təsirindən 1 otağın pəncərə çərçivəsi yerindən çıxıb, mənzilə ziyan dəyib. Hadisə zamanı mənzilin sahibi 45 yaşlı Əliyev Vitalik Qalyeviç və 41 yaşlı Əliyeva Səbinə Talıb qızı müxtəlif dərəcəli xəsarətlər alıb. 

FHN əməkdaşlar ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
 

***

22.01

Partlayış nəticəsində ərlə arvad xəsarət alıb.

Lent.az xəbər verir ki, hadisə Sumqayıt şəhəri 10-cu mikrorayon, bina 27, mənzil 54 ünvanında baş verib.

İlkin məlumata görə, onlar təzə dolqu vurulmuş təmir gedən evə daxil olaraq işığı yandırdıqda partlayış baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7375

Oxşar yazılar

Balakəndə evdən meyit tapıldı

Balakəndə evdən meyit tapıldı

11 may 2025 , 10:52
Bakıda yanan tikilidə meyit aşkarlandı

Bakıda yanan tikilidə meyit aşkarlandı

11 may 2025 , 10:09
Qazaxda yeniyetmə skuterdən yıxılıb öldü

Qazaxda yeniyetmə skuterdən yıxılıb öldü

11 may 2025 , 01:46
İmişlidə 33 yaşlı kişi bıçaqlandı

İmişlidə 33 yaşlı kişi bıçaqlandı

10 may 2025 , 23:15
Gəncədə avtomobil 52 yaşlı qadını vurub öldürdü

Gəncədə avtomobil 52 yaşlı qadını vurub öldürdü

10 may 2025 , 22:41
Gəncədə maşın 18 yaşlı qızı vurdu

Gəncədə maşın 18 yaşlı qızı vurdu

10 may 2025 , 22:04
Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü

Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü

10 may 2025 , 21:06
Şəkidə AĞIR QƏZA:   7 nəfər yaralandı, ikisi uşaqdır - YENİLƏNİB

Şəkidə AĞIR QƏZA: 7 nəfər yaralandı, ikisi uşaqdır - YENİLƏNİB

10 may 2025 , 20:16