Rayon sakininin polisə etirazı
19 avqust 2021 17:59 (UTC +04:00)

Rayon sakininin polisə etirazı

Sürücü ilə polis arasında QALMAQAL: DİN-dən CAVAB-VİDEO

Bəzi sosial şəbəkə səhifələrində Ucar rayon sakini Ramiz Kamilovun Ucar rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşı tərəfindən saxlanılması barədə görüntülər yayılıb. 

Lent.az xəbər verir ki, görüntülərdə R.Kamilov qayda pozuntusunun törətmədiyini və yol polisi əməkdaşının onu əsassız yerə saxladığını iddia edir. 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov Lent.az-a bildirib ki, görüntülərdə səslənən iddialar tamamilə əsassızdır. Onun sözlərinə görə, Ramiz Kamilovun azyaşlı övladı dövlət qeydiyyat nişanı olmayan nəqliyyat vasitəsini giriş qadağandır işarəsinin tətbiq olunduğu küçə istiqamətində idarə edən zaman polis əməkdaşı saxlayıb:

“Bu zaman övladının yanında əyləşən R.Kamilov nəqliyyat vasitəsindən düşərək avtomobili özü idarə etdiyini və polis əməkdaşının onu əsassız yerə saxladığını bildirib. Nəqliyyat vasitəsinə məxsus dövlət qeydiyyat nişanları isə avtomobilin saxlanc hissəsində olub. Bundan əlavə, R.Kamilovun avtomobili idarə etmək üçün heç bir müvafiq sənədləri yoxdur.  

Yol polisi əməkdaşları nəqliyyat vasitəsini azyaşlının və dövlət qeydiyyat nişanı və müvafiq sənədləri olmadan idarə etdiyi üçün rayon Polis Şöbəsinin DYP bölməsinin müvəqqəti dayanacağına yerləşdirilib və sahibi barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Əlavə olaraq bildirmək istəyirəm ki, görüntülərdə iddiaları səsləndirən R.Kamilov əvvəllər də törətdiyi qayda pozuntularına görə inzibati qaydada məsuliyyətə cəlb olunub və o, sürücülük hüquqdan məhrum edilib. Həmin şəxsə məxsus əlavə iki nəqliyyat vasitəsi də tətbiq olunan cərimələr ödənilmədiyi üçün hazırda rayon Polis Şöbəsinin müvəqqəti dayanacağında saxlanılır”.

Sürücü DYP-yə etiraz etdi

# 4515
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Bakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı

Bakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı

18 may 2024 , 16:09
İntihara cəhd edən Dilarədən ETİRAF

İntihara cəhd edən Dilarədən ETİRAF

18 may 2024 , 14:27
Dələduzluğa görə axtarışda olanlar tutuldu

Dələduzluğa görə axtarışda olanlar tutuldu

18 may 2024 , 14:21
Sumqayıtda itkin düşən ana və 2 övladı  tapıldı

Sumqayıtda itkin düşən ana və 2 övladı tapıldı

18 may 2024 , 13:46
Tərtərdə qız öz evindən  oğurluq etdi

Tərtərdə qız öz evindən oğurluq etdi

18 may 2024 , 13:15
Lökbatanda "Prius" "KamAZ"la  toqquşdu: 1 ölü, 4 yaralı

Lökbatanda "Prius" "KamAZ"la toqquşdu: 1 ölü, 4 yaralı

18 may 2024 , 12:24
Bakıda usta işlədiyi evi qarət etdi - VİDEO

Bakıda usta işlədiyi evi qarət etdi - VİDEO

18 may 2024 , 12:19
Bakıda itkin düşənlər tapıldı

Bakıda itkin düşənlər tapıldı

18 may 2024 , 12:00