Tərtərdə SİLAHLI İNSİDENT:  yaralanan var -  YENİLƏNİB
07 sentyabr 2026 12:05 (UTC +04:00)

Tərtərdə SİLAHLI İNSİDENT: yaralanan var - YENİLƏNİB

0

Tərtərdə 52 yaşlı kişinin güllələnməsi ilə bağlı şübhəli şəxs saxlanılıb.

Lent.az-ın məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən 21 yaşlı Hüsən Mirzəzadəni polis əməkdaşları saxlayaraq istintaqa təhvil verib.

Qeyd edək ki, hadisə Şıxarx qəsəbəsində baş verib. Məzahir Yusifov hər iki ayağından güllə yarası alıb.

Faktla bağlı araşdırma aparılır.

***

11:22

Tərtərdə odlu silahdan açılan atəş nəticəsində bir nəfər xəsarət alıb.

Hadisə rayonun Şıxarx qəsəbəsində qeydə alınıb.

Yaralı Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır./ APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 652

Oxşar yazılar