Bakıda tanışını bıçaqlayan gəncə 4 İL HƏBS CƏZASI
07 sentyabr 2026 11:16 (UTC +04:00)

Bakıda tanışını bıçaqlayan gəncə 4 İL HƏBS CƏZASI

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə tanışını bıçaqlayaraq ona ağır xəsarət yetirməkdə təqsirləndirilən Fərqin İsbatovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə Fərqin İsbatovun 4 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Xatırladaq ki, hadisə 17 oktyabr 2025-ci ildə Bakının Binəqədi rayonunda qeydə alınıb.

İttihama görə, 2004-cü il təvəllüdlü Fərqin İsbatov şəxsi münaqişə zəminində 2005-ci il təvəllüdlü İsrafil Babayevi kəsici-deşici alətlə bıçaqlayaraq ona ağır xəsarət yetirib.

Hadisədən dərhal sonra F. İsbatov polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci və 221.3-cü maddələri ilə cinayət işi başlanıb.

Fərqin İsbatov təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib və barəsində həbs qətimkan tədbiri seçilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 216

Oxşar yazılar