Tikilməkdə olan körpü uçdu, 6 işçi öldü
29 may 2026 14:01 (UTC +04:00)

Tikilməkdə olan körpü uçdu, 6 işçi öldü

0

Hindistanın Uttar Pradeş ştatında tikilməkdə olan körpünün güclü fırtına zamanı uçması nəticəsində 6 fəhlə ölüb.

Lent.az xarici mediaya istinadla bildirir ki, Betva çayı üzərində inşa edilən körpüdə işlər davam etdiyi vaxt bölgədə güclü yağış və fırtına başlayıb.

Səlahiyyətlilər tikilməkdə olan körpünün məhz şiddətli fırtına səbəbindən çökdüyünü bildiriblər. Hadisə nəticəsində 6 işçi ölüb.

Polis rəsmisi Arvind Kumar Verma jurnalistlərə açıqlamasında bildirib ki, hadisə yerinə təcili yardım və xilasedici qruplar göndərilib. Onun sözlərinə görə, dağıntılar altında qalan daha üç işçinin xilas edilməsi istiqamətində əməliyyat davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 550

Oxşar yazılar