Tiktoker "şəkili Pərviz"  həbs olundu
23 yanvar 2026 22:14 (UTC +04:00)

Tiktoker "şəkili Pərviz" həbs olundu

0

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik davranışlar və yayımlar edən daha bir tiktoker həbs edilib.

Lent.az "Unikal.az"a istinadən xəbər verir ki, "TikTok"da "şəkili Pərviz" ləqəbi ilə tanınan Alxasov Vahab Vüqar oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

1990-cı il təvəllüdlü tiktoker barəsində protokol tərtib edilib və ona qarşı İnzibati Xətalar Məcəlləsinin 388-1.1 maddəsi ilə ittiham irəli sürülərək məhkəməyə göndərilib.

Yasamal Rayon Məhkəməsində keçirilən prosesdə Vahab Alxasov barəsində 25 günlük inzibati həbs qərarı elan edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 292

Oxşar yazılar