Tiktoker "sərha çiçəyi"  SAXLANILDI
12 avqust 2026 13:55 (UTC +04:00)

Tiktoker "sərha çiçəyi" SAXLANILDI

0

Sosial şəbəkədə etik qaydaları pozan daha bir tiktoker saxlanılıb.

Lent.az-ın əldə etdiyi xəbərə görə, 43 yaşlı Samirə Baxışova (şərti adla) tiktok sosial şəbəkəsində özünə məxsus “səhra çiçəyi 999” profilində canlı yayım açaraq, nalayiq ifadələr işlədib. Bununla da ictimai mənəviyyatı təhqir və cəmiyyətə açıqca hörmətsizlik edən əməllərə yol verib.

Faktla bağlı Samirə Baxışova yaşadığı ərazi üzrə polis orqanına çağırılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.

İki uşaq anası olan S. Baxışova ifadəsində əməlindən peşman olduğunu bildirib. Onun sözlərinə görə, axşam saatlarında qızı küçədə gəzərkən canlı yayım açıb və bu zaman bəzi izləyicilər əxlaqsız təkliflər ediblər. O da əsəbiləşərək, həmin izləyicilərə nalayiq ifadələr işlədib.

Məhkəmənin qərarı ilə S. Baxışova 700 manat məbləğində inzibati qaydada cərimələnib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 326

Oxşar yazılar