"Toplum Tv”yə görə tutulanlardan ikisi sərbəst buraxıldı
08 mart 2024 20:55 (UTC +04:00)

"Toplum Tv”yə görə tutulanlardan ikisi sərbəst buraxıldı

"Toplum Tv” işi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilənlərdən - Fərid İsmayılov və Elmir Abbasov sərbəst buraxılıb.

Lent.az xəbər verir ki, istintaq orqanı tərəfindən belə qərar qəbul edilib.

Təqsirləndirilən şəxslər haqda “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.

"Toplum TV"nin həmtəsisçisi Akif Qurbanov və əməkdaşları Ramil Babayev, İlkin Əmrahov, Müşfiq Cabarov və Əli Zeynalov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Akif Qurbanova və saxlanılan digər şəxslərə qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Ötən gün "Toplum TV" internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib. DİN-in yaydığı məlumatda bildirilib ki, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.

# 3189
avatar

Oxşar yazılar

Suvenir pullarla təqaüdçüləri aldadan  tutuldu

Suvenir pullarla təqaüdçüləri aldadan tutuldu

16 may 2024 , 14:51
Qarajdan  4 kişi meyiti  tapıldı

Qarajdan 4 kişi meyiti tapıldı

16 may 2024 , 13:06
"Priora" velosipedçini vurub öldürdü

"Priora" velosipedçini vurub öldürdü

16 may 2024 , 12:44
Dövlət sərhədini pozan 10 nəfər  saxlanıldı

Dövlət sərhədini pozan 10 nəfər saxlanıldı

16 may 2024 , 12:17
Polis idarəsinin rəisi işdən QOVULDU  - tualetdə qadınları izləyirmiş

Polis idarəsinin rəisi işdən QOVULDU - tualetdə qadınları izləyirmiş

16 may 2024 , 12:11
Bakıda AĞIR QƏZA:  1 ölü, 3 yaralı var

Bakıda AĞIR QƏZA: 1 ölü, 3 yaralı var

16 may 2024 , 11:25
Şəmkirdə 77 yaşlı qadını maşın vurub öldürdü

Şəmkirdə 77 yaşlı qadını maşın vurub öldürdü

16 may 2024 , 10:52
Azərbaycanda vəzifəli şəxs rüşvət alarkən TUTULDU

Azərbaycanda vəzifəli şəxs rüşvət alarkən TUTULDU

16 may 2024 , 10:40